0
Azadlıqdan sonra yeni inkişaf mərhələsi.
Qubadlı şəhərinin azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri rayonun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı üçün lazımi şəraitin yaradılmasıdır.
Bu məqsədlə şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan hazırlanıb və 2025-ci il sentyabrın 9-da təsdiqlənib. Baş plan Qubadlının gələcək şəhərsalma inkişafını, yaşayış sahələrinin təşkili və infrastrukturun yaradılması istiqamətlərini müəyyənləşdirir.
Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, elektrik enerjisi təchizatının gücləndirilməsi və yeni avtomobil yollarının inşası Böyük Qayıdışın əsas istiqamətlərindəndir.
2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı rayonun enerji təminatının yaxşılaşdırılması baxımından mühüm hadisə olub. Qubadlı-Eyvazlı və yeni Qubadlı-Laçın avtomobil yolları ilə bağlı layihələr isə rayonun nəqliyyat imkanlarının genişləndirilməsinə xidmət edir.
Bu layihələr Qubadlının gələcəkdə müasir yaşayış mühitinə, dayanıqlı infrastruktura və iqtisadi inkişaf imkanlarına malik bölgəyə çevrilməsinə yönəlib.
Xocalı Rayon gənci Orxan Məmmədov.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 24 dəfə |