0
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan bu gün təkcə enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır. Dövlət başçısı vurğuladı ki, ölkənin müasir enerji siyasətinin təməli 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub və sonrakı dövrdə həyata keçirilən ardıcıl strategiya Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Azərbaycanın təşəbbüsü və tərəfdaş ölkələrin dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün 3500 kilometrdən artıq uzunluğa malik Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Dövlət başçısı bildirib ki, yeni yataqların işlənməsi və “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin icrası qaz ixracının gələcəkdə daha da artırılmasına imkan yaradacaq.
Enerji təhlükəsizliyinin müasir dövrdə strateji əhəmiyyət kəsb etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində qlobal enerji bazarında mühüm oyunçuya çevrildiyini diqqətə çatdırıb. Bu siyasət ölkənin iqtisadi inkişafına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verib.
Bu gün Azərbaycan enerji diplomatiyası sahəsində qazandığı uğurlarla dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməyə davam edir. Bakı Enerji Həftəsi isə bu sahədə yeni əməkdaşlıq imkanlarının formalaşması üçün mühüm platforma rolunu oynayır.
Xocalı rayon gənci Ziya Əliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 3 həft. öncə |
| İzlənib | 31 dəfə |