Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Enerji infrastrukturunun modernləşdirilməsi və sənaye irsinin davamlılığı.

0

  • Çıxışın əhəmiyyətli hissəsi Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsinə həsr olunmuşdu. Prezident çıxışında qeyd etdi ki, yeni stansiyanın inşası Mingəçevirdə sovet dövründən mövcud olan elektrik stansiyası irsinin davamıdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə əsası qoyulan və 1981-ci ildə istismara verilən Mingəçevir İstilik Elektrik Stansiyası illər boyu Azərbaycanın əsas enerji mənbələrindən biri olub.

    Son illərdə bu infrastrukturun yenilənməsi istiqamətində ciddi addımlar atılıb. 2018-ci ildən etibarən istismar müddətini başa vurmuş 8 blokun təmiri nəticəsində itirilmiş 600 MVt güc bərpa olunub. Prezident bu fəaliyyəti "itirilmiş gücün bərpası" adlandırdı və bu işlərin yüksək texnoloji səviyyədə və yerli mütəxəssislər tərəfindən həyata keçirildiyini vurğuladı.

    “8 Noyabr” stansiyası bu modernləşmə strategiyasının davamıdır və ən son texnologiyalarla təchiz olunmaqla yanaşı, enerji səmərəliliyi baxımından da müasir standartlara cavab verir.
    Xocalı rayon ziyalısı Rafiq Quliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Enerji infrastrukturunun modernləşdirilməsi sənaye irsinin davamlılığı.

    Maraqlı gələ bilər
    35