Prezident İlham Əliyev çıxışında bu layihənin yalnız texniki deyil, həm də iqtisadi və ekoloji faydalarını önə çəkdi. Xüsusilə vurğulandı ki, yeni elektrik stansiyası yüksək enerji səmərəliliyinə malikdir və bu, ildə 800 milyon kubmetrdən çox təbii qazın qənaətinə imkan verir. Bu qənaət isə həm daxili istehlakın daha optimal təşkili, həm də ixrac üçün əlavə resursların yaranması deməkdir.
Təbii qaz ixracı Azərbaycanın valyuta gəlirlərində mühüm rol oynadığından, bu qənaət birbaşa iqtisadi faydaya çevrilir. Eyni zamanda, enerjinin daha az yanacaqla alınması ekoloji yükü azaldır və karbon emissiyalarını minimuma endirir.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycanın enerji ixracı yalnız təbii qazla deyil, elektrik enerjisi ilə də həyata keçirilir. Bu baxımdan “8 Noyabr” stansiyası həm daxili tələbatı qarşılamaq, həm də ixraca yönəlik enerji həcmini artırmaq baxımından önəm daşıyır. Bu isə ölkənin enerji bazarındakı rolunu və siyasi nüfuzunu artırır.
Xocalı rayon gənci Kənan Quliyev