Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Gənc əsgərlər hərbi and içiblər - VİDEO - FOTO

0

  • Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
    Müdafiə Nazirliyindən xocalininsesi.az-a bildirilib ki, Azərbaycan Ordusu sıralarına daxil olan gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
    Tədbirdə çıxış edənlər gəncləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, cəsur, intizamlı olmağı və Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
    Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov çıxışında bildirib ki, hərbi andı qəbul edən gənc əsgərlərə ixtisaslarına uyğun dərs və məşğələlər keçiriləcək, savadlı və peşəkar komandirlər onların yüksək döyüş hazırlıqlı Vətən müdafiəçiləri kimi formalaşması üçün bütün bilik və təcrübələrini səfərbər edəcəklər.
    Hərbi marşın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə andiçmə mərasimi başa çatıb.

    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1184005.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi1 il öncə
    İzlənib92 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    154
    0