Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kərkicahan qəsəbə tam orta məktəbində uşaq hüquqları aylığı

0

  • Xocalı rayon Xankəndi şəhəri N.Şahmuradov adına 6№li Kərkicahan qəsəbə tam orta məktəbində “Uşaq Hüquqları” aylığı çərçivəsində vaxtaşırı tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri "Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı" mövzusunda olmudur.
    Tədbirdə Azərbaycan dövlətinin ailə siyasəti barədə məlumat verilib. Bildirilib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

    Qeyd edilib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib67 dəfə
    kərkicahan qəsəbə tam orta məktəbində “uşaq hüquqları” aylığı

    Maraqlı gələ bilər
    36