Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qubadlı Zəfəri – azadlıq və yenidən dirçəlişin simvolu

0


  • 25 oktyabr Azərbaycan xalqının yaddaşına Qubadlının azad olunduğu gün kimi həkk olunub. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək Qubadlı şəhərini və onun kəndlərini işğaldan azad etdi. Bu qələbə Vətən müharibəsində mühüm strateji mərhələ idi və Şuşaya doğru açılan yolun başlanğıcı sayılırdı.

    Qubadlının azadlığı təkcə bir şəhərin geri qaytarılması deyil, həm də 27 illik həsrətin sona çatması demək idi. O gün Qubadlıya sancılan üçrəngli bayraq hər bir azərbaycanlının qəlbində qürur, sevinc və fəxarət hissi oyatdı. Qubadlının azad edilməsi xalqımızın birliyinin, Ordumuzun gücünün və dövlətimizin əzminin parlaq təzahürüdür.

    Bu gün Qubadlıda böyük quruculuq işləri görülür. Yeni yollar, məktəblər, xəstəxanalar və yaşayış evləri tikilir. Artıq ilk köçlər başlayıb, Qubadlı sakinləri doğma yurdlarına qayıdırlar. Dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlı yenidən dirçəlir və müasir şəhərə çevrilir.

    25 oktyabr – Qubadlı şəhəri günü xalqımız üçün təkcə qələbə tarixi deyil, həm də azadlıq və dirçəlişin simvoludur. Bu gün Qubadlıda dalğalanan Azərbaycan bayrağı hər birimizin qəlbində ümid, güvən və gələcəyə inam rəmzidir. ????????

    Xocalı rayon ziyalısı Şahnaz Əliyeva
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib26 dəfə
    Qubadlı Zəfəri azadlıq yenidən dirçəlişin simvolu

    Maraqlı gələ bilər
    86
    116