Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid ailələri ziyarət olunub

10/5

  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, Xocalı rayonu və Xankəndi şəhərindən olan qazilər və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər davam edir.

    "Konstitusiya və Suverenlik ili" çərçivəsində, Zəfər Günü ərəfəsində Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonumuzun idarə, müəssisə rəhbərləri bu dəfə Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər - Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun, kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Məmmədov Elnur Xurşud oğlunun və Antiterror əməliyyatında şəhid olmuş tankçı Məmmədov Samir Aqil oğlunun ailələrinə baş çəkiblər.

    Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva da iştirak edib.

    Lamiyə Qarayeva 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib. Lamiyə Qarayeva qəhrəmanlıq salnaməsi yazaraq Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb.

    Görüşdə şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib74 dəfə
    Şəhid ailələri ziyarət olunub

    Maraqlı gələ bilər
    115