Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur

0

  • Nyu-Yorkta qadınların 12 saatlıq iş gününə etirazı ilə 1857-ci ildə qadın hərəkatı tarixi başlayır. 1910-cu ildən alman sosialist qadın Klara Setkin 8 Martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmləşdirib.
    Azərbaycanda bu gün keçmiş SSRİ-də 1965-ci ildə rəsmi olaraq bayram günü kimi elan edildikdən sonra qeyd edilməyə başlayıb.
    Azərbaycan qadını tarixin bütün dövrlərində siyasi və dövlət quruculuğu, diplomatiya sahəsində əsl vətənpərlik nümunələri göstərmişdir. Ən qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi sücaət, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tuti Bikə kimi qəhrəmanlıq nümunəsi olan mərd qadınlarımız örnəkdir. Yaşadığı tarixi dövrdən, dövrün çətinliklərindən asılı olmayaraq Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, nəsildən-nəsilə çatdırılmasında müstəsna rol oynamışdır. Doğma dilimizin əsirlərin sınağından çıxaraq gözəlliyi və rəngliliyi ilə yaşamasında analarımızn əməyi misilsizdir.
    Ana dilim baldan şirin,
    Ata yurdum candan əziz.
    Bu torpağın bir qarışın,
    Qart düşmənə vermərik biz.
    İgid oğulları qeyrətli, namuslu mərd analar dünyaya bəxş edər. Vətən torpağının müdafiəsində canından, sağlamlığından keçən igid oğulları dünyaya gətirən anaların qarşısında baş əyirik.
    Bayramın mübarək olsun, şəhid anası!
    Bayramın mübarək olsun, azad yurdumun azad qadını!

    Zəminə Məmmmədova,
    Xocalı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib132 dəfə
    Tariximizin mədəniyyətimizin neçə neçə şanlı parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur

    Maraqlı gələ bilər
    54
    38
    0
    102
    65