0
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən “Xocalının memarlıq irsini tanıyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocalının qədim tarixi, rayon ərazisində yerləşən memarlıq və arxeoloji abidələr haqqında geniş məlumat verilib.
Bildirilib ki, Xocalı zəngin tarixi-mədəni irsə malikdir. Son Tunc və İlk Dəmir dövrlərinə aid Xocalı kurqanları, XIV əsrə aid Hacı Əli günbəzi və XVIII əsrdə inşa edilmiş Əsgəran qalası bu irsin dəyərli nümunələrindəndir. Hər bir abidə rayonun müxtəlif dövrlərdəki həyatından və memarlıq ənənələrindən xəbər verir.
Tədbirdə tarixi abidələrin öyrənilməsinin, qorunmasının və gənc nəslə tanıdılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Xocalının memarlıq irsi xalqımızın yaddaşının bir hissəsidir və bu irsin təbliği doğma yurda bağlılıq hissini gücləndirir.
Sonda iştirakçılar Xocalının tarixi-mədəni irsinin tanıdılması istiqamətində belə tədbirlərin davam etdirilməsinin vacibliyini bildiriblər.
| Bölmə | Qəzet |
| Kateqoriya | Rayon tədbirləri |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 13 saat öncə |
| İzlənib | 3 dəfə |