Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
8 Noyabr – Qürur və Zəfər Günümüz

0

  • 8 Noyabr Azərbaycan xalqının tarixində ən qürurlu, ən unudulmaz gündür. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik həsrətə son qoyduğu, torpaqlarımızı işğaldan azad etdiyi gündür.
    1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqına böyük ağrılar yaşatdı. Kəndlər, şəhərlər viran edildi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü. Amma Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmadı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdi ki, biz torpaqlarımızı azad edək və buna nail olduq.”
    Uzun illər ərzində aparılan məqsədyönlü siyasət, güclü ordu quruculuğu, hərbi sənaye kompleksinin inkişafı və xalqın dövlətə olan etibarı Zəfər Gününə gedən yolun əsas dayaqları oldu.
    2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı ilə hər gün irəliləyərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və nəhayət, Şuşanı azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya etdi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
    Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də xalqımızın milli birliyinin, əzminin və dövlət-xalq həmrəyliyinin təntənəsidir. Müharibə dövründə hər bir vətəndaş ordunun yanında oldu, fərqli siyasi mövqelər bir amal uğrunda – Vətən uğrunda birləşdi.
    8 Noyabr – Zəfər Günü Azərbaycanın gücünün, birliyinin və yenilməzliyinin rəmzidir. Bu qələbə əbədi olaraq tariximizin ən parlaq səhifəsi kimi qalacaq.
    Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib16 dəfə
    8 Noyabr Qürur Zəfər Günümüz

    Maraqlı gələ bilər
    100
    80