Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şagirdləri üçün “Xocalı Soyqırımı İnsan Hüquqları Müstəvisində” mövzusunda tədbir keçirilib

0

  • 22.02.2024-cü il tarixində Ombudsmanın Qərb Regional Mərkəzinin və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə “Xocalı Soyqırımı İnsan Hüquqları Müstəvisində” mövzusunda tədbir keçirilib. Xocalı sakinlərinin məskunlaşdığı Gəncə şəhəri Yeni qəsəbə-2 yerləşən Xocalı rayon Kosalar kənd tam orta məktəbində müəllimlərin və şagirdlərin geniş iştirakı ilə keçirilmiş tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və 44 günlük Vətən müharibəsində şəhid olmuş olmuş həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələrinin SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə törətdiyi Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub. Həmçinin Xocalı soyqırımı Ermənistanın təcavüzü nəticəsində başlanmış silahlı münaqişənin gedişatında baş verdiyindən həmin faciə zamanı törədilmiş cinayətlər beynəlxalq hümanitar hüquq normalarına əsasən də tövsif edilməlidir.
    Səbuhi Abbasov Xocalı soyqrımı zamanı ermənilər tərəfindən törədilmiş, beynəlxalq hümanitar hüquq normalarının pozan cinayətlər barədə məlumatlar verərək qeyd etmişdir ki, Xocalı soyqrımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən hər il dünyanın ən nüfuzlu təşkilatlarına ünvanlanmış bəyatatlar verilir, Xocalıya ədalətin təmin olunması barədə çağırışlar edilir və qeyd olunan bəyanatlar erməni millətçiliyinin ifşa olunmasında əhəmiyyəti rol oynayır.
    Səbuhi Abbasov həmçinin qeyd etdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin edib. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olunub. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
    Tədbirdə mövzu ilə bağlı digər natiqlər- Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Aliyə Abışova, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin direktoru Məhəmməd Məmmədov, Xocalı rayon Yaloba kənd tam orta məktəbin direktoru İslam Bayramov, Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Bəxtiyar Mahmudov və digərləri çıxışlar edərək Xocalı soyqırımının bəşəriyyət tarixində törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu diqqətə çatdırmışlar.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib217 dəfə
    xocalı soyqırımının 32 ci ildönümü münasibətilə “xocalı soyqrımı İnsan hüquqları müstəvisində” mövzusunda tədbir keçirilib

    Maraqlı gələ bilər
    120
    33
    94