0
Azərbaycan xalqının tarixində elə məqamlar vardır ki, həmin dövrlərdə nümayiş etdirilən milli birlik, həmrəylik və vətənpərvərlik ruhu xalqımızın gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm amilə çevrilmişdir. Prezident İlham Əliyevin “Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!” fikirləri də məhz xalqımızın milli iradəsini, müstəqil dövlətçilik düşüncəsini və Vətənə sonsuz sədaqətini ifadə edir.
Bu videoçarx xalqımızın keçdiyi şərəfli mübarizə yolunu, çətin sınaqlar qarşısında nümayiş etdirdiyi sarsılmaz iradəni və dövlətinə olan inamını bir daha diqqətə çatdırır. Paylaşımda 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərinə qarşı həyata keçirdiyi hücumlar, dinc əhalinin üzləşdiyi faciələr, bununla yanaşı, Azərbaycan xalqının əzmkarlığı və birliyi öz əksini tapır.
2020-ci ilin Vətən müharibəsi bir daha sübut etdi ki, xalqımızın ən böyük gücü onun birliyində, dövlətinə və Ordusuna olan inamındadır. Həmin tarixi günlərdə Azərbaycan xalqı bir amal – torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə sıx birləşdi. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi nəticəsində ölkəmiz tarixi Qələbəyə nail oldu.
Prezident İlham Əliyevin 17 oktyabr 2020-ci il tarixində xalqa müraciəti zamanı səsləndirdiyi “Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!” sözləri həmin dövrün milli ruhunu və qələbəyə olan sarsılmaz inamı əks etdirən mühüm fikirlərdən biridir. Bu sözlər Azərbaycanın müstəqil siyasət yürütmək əzmini, milli maraqlarına sədaqətini və xalq-dövlət birliyinin möhkəmliyini ifadə edir.
Prezident İlham Əliyevin bu tarixi fikirlərini əks etdirən videoçarxla aşağıdakı rəsmi sosial şəbəkə paylaşımları vasitəsilə tanış olmaq mümkündür:
YouTube: https://youtu.be/-daM9Cbz_Hw
X (Twitter): https://x.com/azpresident/status/2111124686193222037?s=20
Facebook: https://www.facebook.com/share/v/1mPVqimUEp/
Instagram: https://www.instagram.com/reel/Dej57fwMcGQ/
Bu videoçarx təkcə tarixi hadisələrin xatırladılması deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli yaddaşımızın qorunması və dövlətçilik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Burada əksini tapan hadisələr bir daha göstərir ki, Azərbaycan xalqı ən çətin anlarda belə öz iradəsini itirməmiş, mübarizə əzmini qoruyub saxlamışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalı rayonunda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, yaşayış məntəqələrinin yenidən dirçəldilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycanın öz milli amalına sadiqliyinin bariz nümunəsidir. Xocalının yenidən qurulması, burada müasir infrastrukturun yaradılması və həyatın bərpası xalqımızın uzun illər həsrətində olduğu tarixi ədalətin təntənəsini nümayiş etdirir.
Xocalı sakinləri üçün bu tarixi Qələbənin xüsusi mənəvi əhəmiyyəti vardır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan xocalılılar bu gün öz torpaqlarında yeni həyatın qurulmasının sevincini yaşayırlar. Bütün bunlar Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın birliyinin və ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir.
Azərbaycanın öz yolu milli maraqlara əsaslanan müstəqil dövlətçilik, suverenlik, ərazi bütövlüyü, davamlı inkişaf və güclü gələcək yoludur. Bu yolun əsas dayağı isə xalqımızın birliyi, həmrəyliyi və dövlətinə olan sarsılmaz inamıdır.
Prezident İlham Əliyevin “Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!” fikirləri bu gün də öz aktuallığını qoruyur. Bu sözlər həm tarixi Zəfərimizin mənəvi əsaslarını, həm də Azərbaycanın gələcək inkişafına yönəlmiş milli məqsədlərini özündə birləşdirir.
Azərbaycan xalqı bundan sonra da öz dövlətinin ətrafında sıx birləşərək müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin qüdrətinin artırılması və doğma torpaqlarımızda davamlı inkişafın təmin olunması naminə vahid amal uğrunda inamla irəliləyəcəkdir.
| Bölmə | Məqalələr |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 45 dəfə |