06.02.2025-ci il tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə geniş tədbir keçirilib. Tədbirdə dövlət qulluqçuları, tibb və təhsil sahəsinin nümayəndələri, yerli idarəetmə qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə antikorrupsiya davranış modelinin formalaşdırılması və bu istiqamətdə görülən işlərin gücləndirilməsi məsələləri müzakirə edilib. Cəmiyyətdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin effektivliyini artırmaq məqsədilə müxtəlif maarifləndirmə proqramlarının həyata keçirilməsi, tədris və digər praktiki tədbirlərin təşkilinin vacibliyi vurğulanıb. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, yaxın qohumların eyni qurumda birgə işləməsinə məhdudiyyətlər qoyulması və bu kimi halların qarşısının alınması mövzusunda geniş müzakirələr aparılıb.
Dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və bu istiqamətdə davamlı mübarizənin aparılmasının əhəmiyyəti vurğulanıb. Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib və iştirakçılara bu prosesdə fəal iştirak etmələrinin vacibliyi bildirilib.
Bununla yanaşı, tədbir iştirakçıları arasında korrupsiyaya qarşı mübarizə sahəsində nəzəri biliklərin artırılması və praktiki bacarıqların təkmilləşdirilməsi məqsədilə müxtəlif seminar və təlimlərin keçirilməsinin zəruriliyi qeyd olunub. Tədbirin sonunda Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov dövlət qurumlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin üzərinə düşən vəzifələri icra etmələri ilə bağlı müvafiq tapşırıqlar verib.
Bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin korrupsiyaya qarşı mübarizədə mühüm rol oynadığı və bu istiqamətdə ictimaiyyətin fəal iştirakının vacibliyi xüsusi vurğulanıb.