Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Həmin günün xatirəsi ömrüm boyu yaddaşımda qalacaq

0

  • Tarixi şəxsiyyətləri Allah hər bir xalqa hər bir millətə qismət etmir. Biz çox xoşbəxt bir millətik ki, Allah bizim həyatımıza Ümummilli lider Heydər Əliyev kimi tarixi şəxsiyyət göndərmişdir. Bu gün də həmin tarixi şəxsiyyətin layiqli davamçısı olan onun siyasi varisi, ölkəmizin Ali Baş Komandanı cənab Prezidentimiz İlham Əliyevdir. Azərbaycan Müstəqilliyini qazandıqdan sonra çox çətin bir vəziyyətə düşmüş xaos bir vəziyyətdə idi. Azərbaycan dövləti tamamilə parçalanmaq təhlükəsi qarşısında olduğu bir zamanda Allah Heydər Əliyevi 2-ci dəfə ölkəmizə, xalqımıza qismət etdi, siyasi hakimiyyətə gəldi və o siyasi hakimiyyəti dövründə Azərbaycanı parçalamaq təhlükəsindən qurtararaq müstəqilliyini yenicə qazanmış Azərbaycanı dövlət kimi formalaşdırıb siyasi varisi olan İlham Əliyevə həvalə etdi. Bu gün də hər birimizin sevindirici sevimli bir günüdür ki, artıq torpaqlarımız işğaldan azaddır. Ölkəmizin hər bir tərəfində üçrəngli müstəqil bayrağımız dalğalanır. 31 il Xocalı Soyqrımı gözüyaşlı keçirdiyimiz günlər təbii ki, artiq cənab Ali Baş Komandanın apardığı uğurlu siyasətin nəticəsində bu illəri 26 fevral 2024-cü il tarixdə məhz Xocalıda o şəhid ruhların sevindiyi bir gündə keçirildi. Cənab Prezident Xocalıya səfər etdi. Həmin səfər çərçivəsində Xocalı Soyqrımın Memorial Kompleksinin təməlini qoydu. Eyni zamanda Xocalı şəhərinin tikinti quruculuq işləri ilə birlikdə bizə də o görüşdə iştirak etmək qismət oldu. Həmin görüş çox səmimi, çox mehriban və demək olar ki, unudulmaz yaddaqalan bir görüş oldu. Bu görüşdən insan üçün o qədər iz buraxan tarixlər var ki, şəxsən mənim üçün unudulmayan xatirələr buraxıb.
    Bu görüşün ən çox yadda qalan, unudulmaz anları cənab Prezidentimiz Xocalı haqqında danışanda hansı kövrək hisslərlə, hansı kövrək notlarla danışması idi ki, bu heç kəsin qəlbindən silinməz izlər buraxıb. Bəli, Cənab Prezidentimiz öz sadəliyi, öz mehribanlığı, öz səmimiliyi ilə bütün xalqımızın qəlbində ən yüksək bir mərtəbədə durubdu və mən də bir Xocalı ziyalısı kimi bu görüşdən olan təəssüratlarımı, bu görüşdən olan sevgi payımı, bir ömür boyu qəlbimdə, yaddaşımda qalacağından əminəm və çox xoşbəxtəm ki, Xocalıya qədəm qoymağımız Xocalı soyqırımı ildönümü ərəfəsində o nigaran ruhların şad edildiyi gündə məhz ölkəmizin Ali Baş Komandanı Bayrakdar sərkərdəmiz olan Cənab İlham Əliyevlə oldu.
    Allah Ali Baş Komandamızı qorusun!
    Allah xalqımızın, dövlətimizin birliyinin pozmasın!
    İnşallah biz yaxın günlərdə doğma Xocalımızda öz yurdumuz yuvamızı abad edəcəyik!
    Aqil Məmmədov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib111 dəfə
    həmin günün xatirəsi ömrüm boyu yaddaşımda qalacaq

    Maraqlı gələ bilər
    0
    36
    31