Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla İtaliya – Dostluq və Tərəfdaşlıq Nümunəsi

0


  • Prezident İlham Əliyevin sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarella ilə görüşündə söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər sadəcə diplomatik çərçivədə qalmayıb, artıq dərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

    Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, İtaliya Prezidenti Azərbaycanda artıq ikinci dəfədir. Birinci səfər 7 il əvvəl baş tutmuşdu. Bu dəfəki səfər isə münasibətlərimizin daha da inkişaf etdiyini göstərir. Liderlər arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin genişlənməsinin bariz nümunəsidir.

    Azərbaycan Prezidenti qeyd etdi ki, biz İtaliya ilə əsl strateji tərəfdaşıq. Bu ifadə sadəcə diplomatik jest deyil, real faktlara əsaslanır. İtaliya bu gün Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir. Enerji sahəsində əməkdaşlıq, birgə layihələr, mədəniyyət mübadilələri və təhsil əlaqələri iki ölkə arasında münasibətləri daha da dərinləşdirir.

    Prezident İlham Əliyevin sözlərindən də hiss olunurdu ki, bu münasibətlər təkcə dövlətlər səviyyəsində yox, xalqlar arasında da qarşılıqlı hörmət və anlayışa əsaslanır. Məhz bu səbəbdəndir ki, İtaliya Prezidenti Azərbaycana səfərini təkcə protokol səfəri kimi yox, həm də dost ölkəyə gəlmək kimi qiymətləndirib.

    Belə yüksək səviyyəli görüşlər, açıq və səmimi bəyanatlar göstərir ki, Azərbaycan dünyanın güclü dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaqda davam edir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Prezident İlham Əliyevin apardığı xarici siyasətin uğurlu olduğunu göstərir.

    Azərbaycanla İtaliya arasındakı bu strateji dostluq, sadəcə bu iki ölkəyə deyil, eyni zamanda regionda sabitliyə və əməkdaşlığa da töhfə verir. Və bu dostluq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək.

    Xocalı rayon ziyalısı İlham Kazımov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycanla İtaliya Dostluq Tərəfdaşlıq Nümunəsi

    Maraqlı gələ bilər
    72
    68
    13
    89