0
Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa verdiyi önəmi bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafının əsas şərtidir və bu prinsiplər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır.
Azərbaycan uzun illər torpaqlarının işğalı ilə üzləşmiş, nəticədə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bu gün azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq işləri aparılır, yollar, yaşayış məntəqələri və sosial obyektlər inşa edilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıtması hər bir azərbaycanlı üçün böyük sevinc və qürur mənbəyidir.
Kambocanın da tarixində çətin dövrlərin və təhlükəsizlik problemlərinin olması ölkələrimiz arasında qarşılıqlı anlaşma üçün mühüm əsas yaradır. Hər iki dövlətin sülhə və sabitliyə önəm verməsi beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.
Bir vətəndaş olaraq düşünürəm ki, ölkəmizin əldə etdiyi uğurların qorunması, azad edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi və digər dövlətlərlə dostluq münasibətlərinin genişləndirilməsi gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müstəqil, güclü və beynəlxalq aləmdə nüfuz sahibi olan dövlət kimi inkişafına xidmət edir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 15 saat öncə |
| İzlənib | 28 dəfə |