Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Uşaqların doğulanadək cins Seçiminin Qarşısının Alınması ilə Bağlı Maarifləndirmə tədbiri keçirildi

0

  • 16 dekabr 2025-ci il tarixində Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə uşaqların doğulanadək cins seçiminin qarşısının alınması mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu vacib məsələyə cəlb etmək, tibbi heyətin və rayon sakinlərinin maariflənməsini təmin etmək və gender bərabərliyinin qorunmasına dair praktiki addımların müzakirəsini həyata keçirmək idi.
    Tədbiri Xocalı rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədovun giriş sözü ilə açaraq rayon üzrə mövcud statistik məlumatları təqdim etdi, uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının əhəmiyyətini vurğuladı və bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. O, həmçinin qeyd etdi ki, bu cür tədbirlər yalnız tibbi heyətin deyil, bütün cəmiyyətin diqqətini çəkir və maarifləndirmə işlərini gücləndirir. Sonra xəstəxananın direktoru Lamiyyə Qarayevaya söz verdi.

    Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyyə Qarayeva çıxışında uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının sosial, hüquqi və etik aspektlərini geniş şəkildə izah etdi. Lamiyyə xanım qeyd etdi ki, cins seçimi həm fərdi, həm də cəmiyyət üçün ciddi nəticələr doğura bilər və bunun qarşısının alınması həm ailələr, həm də tibbi heyət tərəfindən diqqətlə izlənilməlidir. O, gender bərabərliyinin qorunmasının vacibliyini vurğulayaraq, qadın və kişilərin bərabər imkanlara malik olmasının, uşaqların sağlam və bərabər şəraitdə böyüməsinin təmin edilməsinin əhəmiyyətini izah etdi. Lamiyyə Qarayeva, həmçinin rayon üzrə həyata keçirilə biləcək maarifləndirmə tədbirləri, profilaktik fəaliyyətlər və həkimlərin rolu haqqında konkret tövsiyələrini paylaşıb, tədbir iştirakçılarını mövzunu geniş müzakirə etməyə dəvət etdi.

    Tədbir çərçivəsində Xocalı rayon Mərkəzi Xəstəxanasının həkim və tibb heyətinin fikirləri dinlənildi, mövcud çətinliklər və təcrübələr barədə müzakirələr aparıldı. İştirakçılar arasında fikir mübadiləsi nəticəsində doğulanadək cins seçiminin qarşısını almaq üçün konkret və praktik təkliflər irəli sürüldü. Rayon üzrə bu istiqamətdə daha sistemli və koordinasiyalı tədbirlərin həyata keçirilməsi üçün ideyalar müzakirə olundu.

    Tədbir həm tibbi heyət, həm də rayon ictimaiyyətinin uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və gender bərabərliyinin qorunması sahəsində məsuliyyətini artırmaq, həmçinin gələcəkdə birgə fəaliyyətin səmərəliliyini gücləndirmək baxımından önəmli rol oynadı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib37 dəfə
    Uşaqların doğulanadək cins Seçiminin Qarşısının Alınması ilə Bağlı Maarifləndirmə tədbiri keçirildi

    Maraqlı gələ bilər
    124
    155
    107