Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş: 907-ci düzəlişdən tərəfdaşlığa.

0

  • Prezident İlham Əliyevin müsahibəsində mühüm yer tutan məsələlərdən biri də Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. 2025-ci il bu münasibətlər baxımından tarixi il kimi qiymətləndirilir. Uzun illər Azərbaycan–ABŞ əlaqələrinə mənfi təsir göstərən və erməni lobbisinin təzyiqləri nəticəsində qəbul edilmiş 907-ci düzəliş faktiki olaraq aradan qaldırılmışdır.

    Dövlət başçısı vurğulamışdır ki, bu dönüşün əsas səbəblərindən biri Ermənistan–Azərbaycan müharibəsinin rəsmi şəkildə başa çatması, digəri isə ABŞ-da praqmatik və milli maraqlara əsaslanan yeni administrasiyanın hakimiyyətdə olmasıdır. Prezident Trampın iştirakı ilə atılan bu addım Azərbaycan üçün həm siyasi ədalətin bərpası, həm də gələcək əməkdaşlıq üçün mühüm zəmin yaratmışdır.

    Bununla yanaşı, Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Enerji, ticarət, nəqliyyat, investisiya və hərbi-sənaye sahələrində əməkdaşlıq perspektivləri münasibətlərin daha da dərinləşəcəyindən xəbər verir.

    Xocalı rayon gənci Şəhriyar Quliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib22 dəfə
    Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş: 907 ci düzəlişdən tərəfdaşlığa.

    Maraqlı gələ bilər
    113
    142
    88
    173
    135