0
10 oktyabr 2026-cı il tarixində Xocalı rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Mədəniyyət Evində əhalinin mühafizəsi, profilaktika və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükələr, belə hallarda əhalinin mühafizəsinin təşkili, qabaqlayıcı tədbirlərin əhəmiyyəti və təhlükəsizlik qaydaları barədə məlumatlılığın artırılması olub.
Tədbirdə mümkün fövqəladə hallar zamanı davranış qaydaları, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi, xəbərdarlıq siqnallarına düzgün reaksiya verilməsi, mühafizə vasitələrindən istifadə və aidiyyəti qurumların göstərişlərinə əməl olunması məsələləri diqqətə çatdırılıb.
Çıxışlarda qeyd olunub ki, kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə bağlı təhlükələrin qarşısının alınması və onların nəticələrinin minimuma endirilməsi üçün əhalinin qabaqcadan məlumatlandırılması, mülki müdafiə üzrə biliklərinin artırılması və profilaktik tədbirlərin ardıcıl həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
İştirakçılara fövqəladə vəziyyətlər zamanı təşvişə düşməmək, yalnız rəsmi mənbələrdən verilən məlumatlara əsaslanmaq, təhlükəsizlik qaydalarına riayət etmək və müvafiq qurumların göstərişlərinə uyğun hərəkət etmək tövsiyə olunub.
Tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidentinin “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 744 nömrəli Sərəncamının müvafiq müddəalarının icrası istiqamətində maarifləndirmə işinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 12 saat öncə |
| İzlənib | 8 dəfə |