Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ.
İlham Əliyev 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı inkişaf səviyyəsinə və gələcək perspektivlərinə toxunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan və Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığın fəal mərhələsindədir və tərəflər arasında davamlı siyasi dialoq mövcuddur.
Prezident vurğulamışdır ki, son illərdə Avropa Komissiyasının üzvlərinin Azərbaycana çoxsaylı səfərləri həyata keçirilmiş, bu isə tərəflər arasında qarşılıqlı etimadın və tərəfdaşlığın gücləndiyini göstərmişdir. Azərbaycanın Avropa ilə iqtisadi əlaqələri getdikcə genişlənir və Avropa İttifaqı ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Statistik göstəricilərə əsasən, cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi məhz Avropa İttifaqı ölkələri ilə həyata keçirilmişdir.
Dövlət başçısı bildirmişdir ki, mövcud iqtisadi əməkdaşlıq yeni investisiya layihələri və qarşılıqlı sərmayələr vasitəsilə daha da genişlənəcək. Artıq Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda Avropa ölkələrində investisiya layihələrində də fəal iştirak edən tərəfdaşdır. Bu isə tərəflər arasında iqtisadi əlaqələrin qarşılıqlı və balanslı şəkildə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev əminliyini ifadə etmişdir ki, Avropa İttifaqı ilə əməkdaşlıq gələcək illərdə daha da genişlənəcək və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək.
Xocalı rayon gənci Qalib Bəyməmmədoğlu.