Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan iqtisadiyyatının inkişafı və sosial rifah siyasəti.

0

  • Azərbaycan iqtisadiyyatının inkişafı və sosial rifah siyasəti.

    Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoymuş, ölkə regionun aparıcı iqtisadi güclərindən birinə çevrilmişdir. Neft strategiyasının uğurla həyata keçirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

    Sənaye parklarının və məhəllələrinin yaradılması, kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması iqtisadi şaxələndirməyə ciddi töhfə vermişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları nəticəsində ölkənin bütün bölgələrində infrastruktur layihələri icra olunmuş, minlərlə yeni iş yeri açılmışdır.

    Prezident İlham Əliyevin sosial siyasəti əhalinin rifah halının yüksəldilməsinə yönəlmişdir. Əməkhaqları, pensiyalar, sosial müavinətlər və şəhid ailələri ilə müharibə iştirakçılarına göstərilən dövlət qayğısı bu siyasətin əsas göstəricilərindəndir. Sosial ədalət prinsiplərinə əsaslanan bu yanaşma cəmiyyətin dövlətə olan etimadını daha da gücləndirmişdir.
    Xocalı rayon ziyalısı Rafiq Quliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan iqtisadiyyatının inkişafı sosial rifah siyasəti.

    Maraqlı gələ bilər
    105
    157