Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“9 Noyabr – milli qürurumuzu, dövlətçiliyimizi ucaldan gün”

0

  • Azərbaycanın Dövlət Bayrağı – xalqımızın milli qürurunun, tarixi yaddaşının və gələcəyə inamının simvoludur. 9 noyabr tarixi bu müqəddəs rəmzə olan sevginin, sədaqətin və ehtiramın təntənəsidir. Hər il bu gün ölkəmizin hər bir guşəsində, dövlət müəssisələrində, təhsil ocaqlarında və ailələrdə üçrəngli bayrağımıza olan dərin hörmətlə qeyd olunur.

    1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilən bu bayraq o dövr üçün çox böyük siyasi və mədəni hadisə idi. Bayrağın üç rəngi xalqımızın tarixi köklərini, mənəvi dəyərlərini və müasir dünyaya açıq baxışını ifadə edirdi. O, həm keçmişin şərəfli səhifələrini, həm də gələcəyin işıqlı üfüqlərini birləşdirirdi.
    Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu bayraq yenidən xalqın kimliyinin ayrılmaz hissəsinə çevrildi. Müstəqil Azərbaycanın hər bir nailiyyəti, hər bir uğuru bu bayraq altında gerçəkləşir. Bu gün dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimizdə, beynəlxalq tədbirlərdə, idman yarışlarında üçrəngli bayrağımızın dalğalanması xalqımızın gücünü, müstəqil dövlətimizin nüfuzunu nümayiş etdirir.

    Azərbaycan xalqı üçün Bayraq Günü sadəcə bir rəsmi tarix deyil, həm də milli birliyimizin, dövlətçiliyimizə sədaqətimizin bayramıdır. Bu bayram hər kəsi Vətən sevgisi ətrafında birləşdirir, hər bir gəncə vətəndaşlıq məsuliyyətini və milli qüruru aşılayır.
    Xocalı rayon gənci Xaliq Cəfərov.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 həft. öncə
    İzlənib21 dəfə
    “9 Noyabr milli qürurumuzu dövlətçiliyimizi ucaldan gün”

    Maraqlı gələ bilər
    210
    183
    94
    155
    83
    90