Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələ: İlham Əliyev və Aleksandar Vuçiç arasında siyasi dialoq və qarşılıqlı etimad.

0

  • Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələ: İlham Əliyev və Aleksandar Vuçiç arasında siyasi dialoq və qarşılıqlı etimad.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 fevral tarixində Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vučić ilə keçirdiyi görüşlər və verdiyi bəyanatlar münasibətlərin yüksək səviyyəsini və qarşılıqlı etimadın dərinliyini bir daha nümayiş etdirmişdir.
    Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Serbiya arasında uzun illərdir davam edən səmimi münasibətləri xüsusi vurğulamış, liderlər arasında şəxsi dostluq və qarşılıqlı inamın dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə rəhbərləri bir-birini yaxından tanıyır, açıq və etibarlı müzakirələr aparır, bu isə əməkdaşlığın sabit və davamlı xarakter almasına şərait yaradır.
    Prezident İlham Əliyev Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi uğrunda böyük qurbanlar verdiyini qeyd edərək, Prezident Aleksandar Vuçiçin rəhbərliyi altında Serbiyanın milli maraqları əsas prioritet kimi müəyyən etməsini yüksək qiymətləndirmişdir. Bu yanaşma Azərbaycanın dövlətçilik fəlsəfəsi ilə tam uzlaşır. Çünki Azərbaycan da öz xarici siyasətində suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsiplərini əsas istiqamət kimi qəbul edir.
    Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi münasibətlərin yeni institusional mərhələyə qədəm qoyduğunu göstərir. Bu platforma siyasi dialoqun sistemli əsasda davam etdirilməsi, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın koordinasiyası və qəbul edilən qərarların icrasına nəzarətin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan–Serbiya əlaqələri təkcə dostluq münasibətləri deyil, eyni zamanda dərin strateji tərəfdaşlıq modelidir.
    Xocalı rayon gənci Şəhriyar Quliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi16 saat öncə
    İzlənib11 dəfə
    Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələ: İlham Əliyev Aleksandar Vuçiç arasında siyasi dialoq qarşılıqlı etimad.

    Maraqlı gələ bilər
    125
    92
    114