0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı verdiyi bəyanat iki dövlət arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Oktyabrın 12-də keçirilən görüş bir daha göstərdi ki, Azərbaycan dünyanın müxtəlif ölkələri ilə dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan və Kamboca BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu əməkdaşlıq ölkələr arasında qarşılıqlı etimadın mövcud olduğunu göstərir. Eyni zamanda, iqtisadiyyat, ticarət, təhsil və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar yaranır.
Hesab edirəm ki, ölkələr arasında məsafənin uzaq olmasına baxmayaraq, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər iki xalq üçün faydalı olacaq. Xüsusilə sahibkarlıq və investisiya sahəsində yeni əlaqələrin qurulması iqtisadi inkişaf baxımından müsbət nəticələr verə bilər.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Kamboca ilə münasibətlərin inkişafı da ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirən mühüm addımlardan biridir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 15 saat öncə |
| İzlənib | 23 dəfə |