Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusunda rayon gəncləri ilə görüş keçirildi

0


  • “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04.09.2013-cü il tarixli, 2837№ li Sərəncamının 6.2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə 23.01.2024-cü il tarixdə Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə

    « Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması» mövzusunda rayon gəncləri ilə görüş keçirilmişdir.

    Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan ədəbi dili milli mədəniyyətin və kimliyin vacib tərkib hissəsidir. Dövlət idarəçiliyində və mediada bu dilin düzgün istifadə olunması həm rəsmi kommunikasiyanı gücləndirir, həm də cəmiyyətdə dilin norma və qaydalarına riayət edilməsini təmin edir.Eyni zamanda dövlət idarələrində və mediada Azərbaycan ədəbi dilinin düzgün istifadəsini təşviq edən maarifləndirmə tədbirləri və treninqlərin vacibliyi və təşkili yolları müzakirə olunmuşdur.

    Azərbaycan ədəbi dilinin dövlət idarələrində və mediada düzgün istifadə olunması dilin saflığının qorunması və cəmiyyətin mədəniyyətinin inkiaşafı baxımından olduqca vacibdir. Bunun üçün sistemli maarifləndirmə tədbirləri və treninqlərin keçirilməsi vacibdir. Həmçinin qeyd olunmuşdur ki, Dövlət qurumları və media orqanları bu istiqamətdə birgə iş apararaq Azərbaycan dilinin inkişafını və qorunmasını təmin etməlidir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib51 dəfə
    Dövlət idarəçiliyində mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusunda rayon gəncləri ilə görüş keçirildi

    Maraqlı gələ bilər
    83
    57
    108