Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsində yüksək inkişaf dinamikasına malikdir.

5/5

  • İqtisadi əməkdaşlıq da Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğulanan əsas istiqamətlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi: “İqtisadi əlaqələr dinamik şəkildə genişlənir, o cümlədən nəqliyyat-logistika və enerji sahələrində ortaq təşəbbüslər əsasında mühüm layihələr icra olunur.” Bu istiqamətdə həyata keçirilən birgə layihələr yalnız iqtisadi səmərə yaratmır, həm də regional tranzit imkanlarının artırılmasına və Orta Dəhlizin inkişafına xidmət edir.

    “2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə keçirilmiş Mədəniyyət Günləri xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edib. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, onun yubileyinin və Mir Cəlal Paşayevin 115 illik yubileyinin birgə qeyd olunması bu əlaqələrin dərin mənəvi təməlini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən mədəni və elmi təşəbbüslər, o cümlədən Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması planları Türk birliyinin ideya-mədəni gücünü daha da artırır”.

    “Su səviyyəsinin azalması və dayazlaşma prosesi həm ekoloji, həm iqtisadi təhlükə yaradır. Bu məsələ yalnız iqlim dəyişikliyi ilə deyil, həm də regiondakı sənaye təsirlərinin koordinasiyasızlığı ilə bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, Xəzəryanı ölkələr arasında elmi informasiya mübadiləsinin gücləndirilməsi, koordinasiyalı tədbirlər planının hazırlanması və birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması artıq qaçılmaz zərurətdir. Xəzər yalnız su hövzəsi deyil, ortaq məsuliyyətin və ekoloji həmrəyliyin simvoluna çevrilməkdədir.
    Mahiyyət etibarilə, Azərbaycan-Qazaxıstan əlaqələri bu gün təkcə iqtisadi və diplomatik tərəfdaşlıq deyil, həm də mədəni, elmi və ekoloji birliyə əsaslanan çoxşaxəli inteqrasiya modelidir. Bu model Türk dünyasının gələcək inkişaf xəritəsində xüsusi yer tutur və regional sabitlik, dayanıqlı iqtisadi artım, ekoloji məsuliyyət və mədəni həmrəyliyin vahid konsepsiyasını ifadə edir”
    Xocalı rayon gənci Ziya Əliyev.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan Qazaxıstan arasındakı münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsində yüksək inkişaf dinamikasına malikdir.

    Maraqlı gələ bilər
    96
    127
    0
    89
    132