Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər Günü: Tarixi Qələbənin Rəmzi

0

  • 8 Noyabr – Azərbaycan xalqının milli qürur və zəfər günüdür. Bu tarix 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 30 illik həsrətə son qoyduğu və torpaqlarımızı işğaldan azad etdiyi gün kimi tarixə yazıldı.
    1988-ci ildən başlayan erməni işğalçı siyasəti nəticəsində kəndlər, şəhərlər dağıdıldı, yüz minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü. Uzun illər ərzində Azərbaycan dövlətinin prioriteti torpaqların azad edilməsi, güclü ordu quruculuğu və milli birliyin qorunması oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz müasir texnika ilə təchiz edildi, hərbi sənaye kompleksi inkişaf etdi və ordumuz döyüş qabiliyyətini artırdı.
    2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və Şuşa daxil olmaqla strateji əhəmiyyətli bölgələri azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya etdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
    Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də milli birliyin, dövlət-xalq həmrəyliyinin, vətənpərvərliyin simvoludur. Azərbaycan xalqı, ordusu və rəhbərliyi bir məqsəd uğrunda birləşərək tarixi ədaləti bərpa etdi.
    Qarabağ Azərbaycandır! 8 Noyabr – Milli Zəfər Günümüz mübarək!
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib16 dəfə
    Zəfər Günü: Tarixi Qələbənin Rəmzi

    Maraqlı gələ bilər
    90