Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı "X" hesabında paylaşıb edib.
xocalininsesi.az xəbər verir ki, paylaşımda deyilir:
"Diplomatik heyətlə Laçına səfərimiz Azərbaycan Hava Yollarının "Bakı-Laçın" birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi də Ağdam-Bakı dəmir yolu xətti ilə Bakıya qayıdırıq".
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
xocalininsesi.az
Mənbə: https://news.milli.az/country/1283456.html