Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın suverenliyinin bərpası Konstitusiyamızın aliliyini təmin etdi

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  •  



    Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra uzun illər ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizə aparmışdır. Torpaqlarımızın bir hissəsinin işğal altında qalması dövlətimizin qarşısında duran ən böyük problemlərdən biri idi. Hər bir azərbaycanlının arzusu ölkəmizin bütün ərazilərində dövlətimizin qanunlarının qüvvədə olması, üçrəngli bayrağımızın dalğalanması idi.



    1995-ci ildə qəbul edilmiş Konstitusiyamız Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü əsas dövlətçilik prinsipləri kimi müəyyən etmişdir. Lakin işğal nəticəsində uzun illər ölkəmizin bəzi ərazilərində konstitusion hüquqların həyata keçirilməsi mümkün olmamışdı.



    2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu vəziyyətin dəyişməsində həlledici rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa olundu.



    Bu tarixi hadisələr təkcə hərbi və siyasi uğur deyil, həm də ölkəmizin konstitusion quruluşunun tam bərqərar olması baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Şuşada, Xankəndidə, Xocalıda və digər doğma torpaqlarımızda Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin təmin olunması hər birimizdə böyük qürur hissi yaradır.



    Məhz bu tarixi nailiyyətlər nəzərə alınaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin il Konstitusiyamızın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılan Qələbənin isə 5-ci ildönümü ilə əlamətdar olmuşdur.



    Bu gün biz böyük fəxarətlə deyə bilirik ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş müstəqil dövlətdir. Bu nailiyyətlərin qorunması, dövlətimizin daha da gücləndirilməsi və Konstitusiyamızın aliliyinə hörmət hər bir vətəndaşın mənəvi borcudur.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 saat öncə
    İzlənib3 dəfə
    Azərbaycanın suverenliyinin bərpası Konstitusiyamızın aliliyini təmin etdi
    Maraqlı gələ bilər
    218
    241