Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə doğru.

0

  • Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə özünün ən yüksək inkişaf mərhələsinə çataraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də iki ölkə arasında formalaşan münasibətlərin möhkəm tarixi, mənəvi və siyasi əsaslara söykəndiyi xüsusi vurğulanıb.



    Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən bağların tarixi əsrlərin dərinliklərinə gedib çıxır. Ortaq türk kökləri, dil, mədəniyyət, adət-ənənələr və mənəvi dəyərlər iki xalq arasında qarşılıqlı rəğbətin formalaşmasına mühüm təsir göstərib. Məhz bu təbii yaxınlıq müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradıb.



    Son illərdə Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik şəkildə inkişaf etməsində dövlət başçılarının şəxsi münasibətləri də mühüm rol oynayır. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadı iki ölkə arasındakı qardaşlığın əsas amillərindən biri kimi qiymətləndirib.



    Xüsusilə qarşılıqlı yüksək səviyyəli səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olub. Bu səfərlər çərçivəsində imzalanan sənədlər, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin qurulmasına dair sənədlər iki ölkənin gələcək əməkdaşlığının istiqamətlərini müəyyənləşdirib.



    Azərbaycan və Özbəkistan arasında yaradılmış Ali Dövlətlərarası Şura da münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Şuranın Bakıda və Daşkənddə keçirilmiş iclasları dövlətlər arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni layihələrin təşviqi və qarşılıqlı fəaliyyətin daha səmərəli əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.



    Bu gün iki ölkə arasında siyasi dialoq yalnız diplomatik münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə çoxsaylı layihələr həyata keçirilir.



    Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız iki qardaş xalqın yaxınlığını ifadə edən əlaqələr deyil. Bu münasibətlər müstəqil, güclü və suveren dövlətlərin ortaq maraqlar əsasında qurduğu çoxşaxəli və uzunmüddətli müttəfiqlik modelinə çevrilir. Qarşıdakı dövrdə də iki ölkənin birgə təşəbbüslərinin artması, əlaqələrin yeni sahələrə yayılması və mövcud layihələrin genişləndirilməsi gözlənilir.



    Xocalı rayon gənci Orxan Məmmədov.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi16 saat öncə
    İzlənib19 dəfə
    Azərbaycan Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə doğru.
    Maraqlı gələ bilər
    868
    187
    207
    146
    340
    126