Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu il Xankəndinə yaz da tam fərqli gəlib

5/5

  • Vətənini sevən insan üçün onun hər bir diyarı bir o qədər doğma və bir o qədərdə əvəzolunmazdır. Qələbəmizin tacı olan Xankəndi də uzunmüddətli işğal təcavüzünə məruz qalmasına baxmayaraq, bizim hər birimizin qəlbimizdə yeri heç nə ilə əvəzedilmeyecek qədər
    daim yaşamış və hər zaman azad olunacaq anı gözləmişdi.
    Əsası Pənahəli xan tərəfindən qoyulmuş "Xanın kəndi" adlandırılan strateji əhəmiyyətli bu coğrafi şəhər bütün dövrlərində Qarabağın görən gözü hesab olunmuşdur. Coğrafi mövqeyi, münbit şəraiti, strateji əhəmiyyəti, dövrünün müasirliyi ilə göz oxşayan bu şəhərimiz də düşmən
    və onun havadarlarının şiddətinə məruz qalmaqdan da yan keçməmişdi.
    Əfsuslar olsun ki, 1991-ci ilin dekabrından müstəqilliyini itirən şəhər 30 ildən çox müddətdə qanunsuz silahlı birləşmələrin separatçı rejimine məruz qaldı. Beynəlxalq aləmin bele susub, göz yumduğu bu ədalətsizliklərin həlli yalnız dövlətimizin sarsılmaz gücünə dayanırdı.
    Xankəndi sakinlərinin də doğma şəhərlərinin azad olunması ümidi Prezident İlham Əliyevin ikinci Qarabağ müharibəsinin başladığı zamanda "Sona kimin gedəcəyik" ifadəsi ilə alovlandı. Şanlı qələbə yazmağınmıza baxmayaraq bunu həzm etməyən düşmən və onun havadarları sonrakı dövrdə belə bu qələbənin şərtlərini daim pozmağa cəhd edirdi. Ancaq bizim yolumuz bəlli idi doğma torpaqlarımız doğma sakinlərinə qovuşmalı, tarixi ədalət öz
    gücümüzlə bərpa olunmalı idi.
    2023-cü sentyabrında başlanan anti terror əməliyyatı baş qaldırmış və təmiz qələbəmizə maneə olan düşmən qüvvələrinin darmadağın edilməsi ilə yekunlaşdı. Artıq qeyd-şərtsiz azad olunan Xankəndi və Xocalı torpaqları bütün dünyaya həsəd aparılan gücümüzün sübutu və
    Azərbaycan xalqının Prezidentinə göstərilən xalqın böyük etimadı idi. O, etimad ki, "Mən nəyin nə zamanda baş verəcəyi anı yaxşı bilirəm" ifadəsi ilə daha da artmışdır. 2023-cü ilin oktyabrın 15 - də Prezident İlham Əliyev Azərbaycan bayrağını Xankəndi səmasında Azərbaycan bayrağını qaldıraraq, o anın çatdığı sevincini bütün Azərbaycan xalqına o cümlədən, doğma torpaqlarına qayıtmaq anını gözləyən Xankəndi sakinlərinə çatdırdı.
    Bu il Xankəndinə yaz da tam fərqli gəlib. Sanki təbiətin oyanışı belə öz sakinlərinin bu müqəddəs torpağa qayıdışından fərəhlənərək göz oxşayır. Prezident İlham Əliyevin Xankəndində bayram tonqalını alovlandırması 30 il ərzində sönmüş ümidlərin alovlanmasının, o cümlədən əbədiyyən qayıdan torpaqlarımızda daim yanacaq od - ocaqlarımızın, heç bir zaman sarsılmayan xalq - prezident birliyinin simvolu idi. Artıq Xankəndinə çoxdan gözlənilən bayramlı, toylu-büsatlı həyat qayıdır. Artıq biz bu müqəddəs torpaqlarımızı daha da gözəlləşdirərək əbədiyyən firavan yaşayacıq. Bu gün Xankəndi səmalarında heç bir zaman enməyəcək müqəddəs Azərbaycan bayrağı dalğalanır. Qələbimizim tacı olan Xankəndi qələbəsinə bizə yaşadan, öz qanları hesabına bayrağımızı Qarabağ səmasında dalğalandıran şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qələbəmiz hər daim yaşar olsun!
    Natəvan Quliyeva,
    Xocalı rayonu Kosalar kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib98 dəfə
    Bu il Xankəndinə yaz da tam fərqli gəlib

    Maraqlı gələ bilər
    98
    0