Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Burada nəfəs almaq belə təhlükəlidir Dünyanın ən çirkli paytaxtı açıqlandı

0

  • Burada nəfəs almaq belə təhlükəlidir - Dünyanın ən çirkli paytaxtı açıqlandı



    Hindistanın paytaxtı Yeni Dehli ardıcıl səkkizinci ildir ki, dünyanın ən çirkli paytaxtı olaraq qalır.



    "Qafqazinfo" xəbər verir ki, bu, İsveçrənin hava monitorinqi agentliyi olan "IQAir" tərəfindən açıqlanan 2025-ci il Dünya Hava Keyfiyyəti Hesabatında əksini tapıb.



    Qeyd olunur ki, şəhərdə illik orta PM2.5 səviyyəsi 82,2 µq/m³ təşkil edib. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş 5 µq/m³ təhlükəsiz limitdən dəfələrlə yüksəkdir. PM2.5 diametri 2,5 mikrometrdən kiçik olan hissəciklərdir və tənəffüs yolu ilə ağciyərlərə daxil olaraq uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilir.



    Araşdırmaya əsasən, qlobal miqyasda cəmi 13 ölkə və region bu təhlükəsiz həddə uyğun göstəricilərə malikdir. Təxminən 10 min şəhəri əhatə edən qiymətləndirmədə onların yalnız 14 faizinin təhlükəsiz səviyyədə olduğu bildirilir.



    Hesabatda həmçinin vurğulanır ki, hava çirklənməsinin ən yüksək olduğu bölgələrdən biri Mərkəzi və Cənubi Asiyadır. Belə ki, Banqladeşin paytaxtı Dəkkə 68,0 µq/m³, Tacikistanın paytaxtı Düşənbə 57,3 µq/m³, Çadın paytaxtı Ncamena isə 53,6 µq/m³ göstərici ilə ən çirkli şəhərlər sırasındadır.



    Ən təmiz hava keyfiyyətinə malik paytaxtlar sırasında Fransız Polineziyasının paytaxtı Papeete 1,5 µq/m³ ilə ilk yerdə qərarlaşıb. Puerto Rikonun paytaxtı San Juan 2,3 µq/m³, Barbadosun paytaxtı Brayttaun isə 2,6 µq/m³ göstərici ilə siyahıda ön sıralarda yer alır.



    Bildirilir ki, hava çirklənməsinin əsas səbəbləri sırasında qalıq yanacaq istifadəsi, sənaye fəaliyyəti, nəqliyyat və enerji istehsalı dayanır. Bundan əlavə, məişət isitmə sistemləri, kənd təsərrüfatında yandırma prosesləri və keyfiyyətsiz yanacaq istifadəsi də çirklənməni artıran amillər sırasındadır.



    Hesabatda qeyd edilir ki, 2025-ci ildə xüsusilə Kanada və Avropada baş verən genişmiqyaslı meşə yanğınları atmosferə böyük miqdarda zərərli hissəciklər yayaraq, qlobal hava keyfiyyətinə mənfi təsir göstərib. Eyni zamanda, süni intellekt məlumat mərkəzlərinin artan enerji tələbatı və dizel generatorlarının istifadəsi də yeni çirklənmə mənbələri kimi qiymətləndirilir.





    BiG.Az

    Telegramda izləyin Xəbərlər   Baxılıb: 192   Tarix: 02 aprel 2026  

    Şikayətiniz varsa Whatsapp: 077 7125666



    Facebookda Paylaş



    Mənbə: https://big.az/580721-burada-nefes-almaq-bele-tehlukelidir-dunyanin-en-cirkli-paytaxti-aciqlandi.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi20 saat öncə
    İzlənib5 dəfə
    burada nefes almaq bele tehlukelidir dunyanin en cirkli paytaxti aciqlandi
    Maraqlı gələ bilər
    139
    151
    158
    209