Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan dünyaya bir daha öz töhfəsini verəcək

5/5

  • Dünyanın aparıcı nüfuza sahibi olduğu ölkələri, apardığı uğurlu siyasətin tərkib hissəsi kimi hər zaman beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edirlər. Bu gün apardığı uğurlu siyasətə və dünyanın her bir sahəsində aparıcı mövqeyə sahib olduğuna görə Azərbaycan da bu kimi tədbirlərə davamlı olaraq ev sahibliyi edir. Belə tədbirlərdən biridə İlham Əliyevin rəhbərliyi altında aprelin 23-də ADA Universitetində “COP-29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumudur. Ölkəmiz indiyə kimi bir çox nüfuzlu tədbirlərə sahiblik edibki, bu tədbirdə onların arasında ən mötəbəridir. Son illərdə dünyada baş verən müharibələrdən, o cümlədən digər səbəblərdən dolayı yaranan qlobal problemlər təbiətdə kəskin iqlim dəyişikliyinə səbəb olmuşdur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP-29
    forumunun ölkəmizdə keçirilməsi ölkəmizin dünya miqyasında beynəlxalq nüfuza malik olduğunun
    bir daha təstiqi, o cümlədən ölkəmizin təbiətin, ətraf aləmin qorunmasına verdiyi dəyərin ən böyük əyani sübutu idi.
    Siyasi biliyi və dövləti uğurlu idarə etmə qabiliyyətinə görə hər zaman bütün dünyanın obyektivində görkemli siyasi xadim kimi tanınan İlham Əliyev tədbirdə iştirak edən 30 ölkədən
    olan 64 iştirakçının suallarını müfəssəl şəkildə cavablandırdı.
    30 ildən artıq müddətdə davam edən erməni vandallığı ölkəmizin təbiətindən də yan keçməmişdi. Ölkəmizin flora və faunası ciddi sürətdə korlanaraq, böyük ziyan görmüşdür.
    Vurulan ziyan neticesinde meşələrimiz məhv olmuş, çaylarımız qurudulmuş, atılmış silahlar nəticəsində Qarabağ təbiətinin atmosferi çirklənmiş, münbit torpaqlarımız əvvəlki məhsuldarlığını itirmiş, nəsli kəsilməkdə olan heyvanların sayı artmış ve nəticədə təbiət kəskin iqlim dəyişikliyinə məruz qalmışdır .Bu təkcə bizim ölkəmizin tebietine vurulan ziyan deyil, eləcə
    də bütün dünyanın təbiətinə vurulan ziyan deməkdir. Forumun iştirakçıları ermeni vandallığı ilə yaxından tanış oldular və bu fəsadların aradan qaldırılması istiqamətində müzakirələr apardılar.
    Bu forumun tərkibinə bir çox əhəmiyyətli məsələlər daxil idi ki, onlardan biri də Qarabağda
    yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması məsələsi idi. Növbəti gündə Qarabağın
    təbiəti ilə tanış olan forum iştirakçıları ermeni vandallığının sübutunu da əyani şəkildə gördülər.Biz inanırıq ki, bütün dünyaya hər sahədə öz töhfəsini verən Azərbaycan istər 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”, istərsə də COP-29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunun qarşında duran məsələləri uğurla yerinə yetirərək dünyaya bir daha öz töhfəsini verəcək.
    Natəvan Quliyeva,
    Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib164 dəfə
    Azərbaycan dünyaya bir daha öz töhfəsini verəcək

    Maraqlı gələ bilər
    76