0
44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Vətən məsələsində hər zaman birdir. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları zamanı xalqımızın bütün təbəqələri ordumuza dəstək oldu, hər kəs qələbəyə öz töhfəsini verməyə çalışdı.
O günləri xatırlayanda insanın qəlbi yenidən qürurla dolur. Hər gün cəbhədən gələn qələbə xəbərləri bizə böyük ümid verirdi. İnsanlar televizor qarşısında Prezident İlham Əliyevin çıxışlarını izləyir, azad olunan hər şəhərimizin, hər kəndimizin sevincini yaşayırdılar.
Müharibə dövründə “Dəmir yumruq” ifadəsi xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrildi. Milliyyətindən, dinindən və yaşından asılı olmayaraq hər kəs Azərbaycanın haqq mübarizəsinə dəstək göstərdi. Ön cəbhədə əsgərlərimiz, arxa cəbhədə isə xalqımız eyni məqsəd uğrunda birləşdi.
Məhz bu birlik və həmrəylik qələbəmizin əsas dayaqlarından biri oldu. Bu gün də həmin birliyi qoruyub saxlamaq hər birimizin borcudur. Çünki güclü Azərbaycan yalnız güclü ordu ilə deyil, həm də birlik içində olan xalqı ilə qüdrətlidir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 3 dəfə |