Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ceyhun Bayramov Braziliya Federal Senatının nümayəndə heyəti ilə görüşdü

0

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    XİN-dən xocalininsesi.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar və ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub. Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.
    Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
    Görüşdə, həmçinin bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/politics/1181570.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaXarici siyasət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    34
    28
    39
    21
    36
    35