Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi ilə bağlı tədbir keçirilib

0

  • Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası, sosial adaptasiyası və məşğulluğunun dəstəklənməsi, habelə onların əmək bazarına inteqrasiyası ilə bağlı tədbir keçirilib.



    Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, aidiyyəti qurumların nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar və işəgötürənlər iştirak ediblər.



    Tədbirin keçirilməsində əsas məqsəd cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, onların işlə təmin olunmasına dəstək göstərilməsi, işəgötürənlər arasında bu kateqoriyadan olan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsinə dair müsbət yanaşmanın formalaşdırılması və mövcud müsbət təcrübələrin öyrənilərək yayılması olub.



    Çıxışlar zamanı cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə uyğunlaşmasında məşğulluğun mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, onların peşə bacarıqlarından səmərəli istifadə olunması və əmək fəaliyyətinə cəlb edilməsi sosial adaptasiya prosesinə müsbət təsir göstərməklə yanaşı, həmin şəxslərin müstəqil həyat qurmasına da imkan yaradır.



    Tədbirdə işəgötürənlərin bu istiqamətdə qarşılaşdıqları məsələlər, mövcud məşğulluq imkanları və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə qəbuluna dair müsbət təcrübələrin müəyyənləşdirilməsi və təbliği məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



    Həmçinin işəgötürənlərə əmək bazarında sosial məsuliyyətli yanaşmanın təşviq edilməsinin, azad edilmiş şəxslərin bacarıq və peşə imkanlarının nəzərə alınmasının və onların məşğulluğuna dəstək göstərilməsinin əhəmiyyəti barədə məlumat verilib.



    Tədbirin sonunda bu istiqamətdə işlərin davam etdirilməsi, müsbət təcrübələrin toplanılması və ümumiləşdirilməsi, habelə aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi barədə müvafiq fikir və təkliflər səsləndirilib.



    Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndinin icrası məqsədilə keçirilib.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi19 saat öncə
    İzlənib6 dəfə
    Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun dəstəklənməsi ilə bağlı tədbir keçirilib
    Maraqlı gələ bilər
    185
    484
    175
    157