0
Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü bizə müstəqilliyimizin dəyərini bir daha xatırladır. Bu bayram Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilmişdir.
Bayrağımızın məktəblərdə, dövlət müəssisələrində, meydanlarda və beynəlxalq tədbirlərdə dalğalanması hər birimizə qürur verir. Xüsusilə uşaqların və gənclərin bayrağımıza böyük hörmətlə yanaşması çox vacibdir. Onlar bilməlidirlər ki, bu bayraq xalqımızın mübarizə dolu tarixini və müstəqillik iradəsini əks etdirir.
Valideynlər və müəllimlər gənc nəslə dövlət rəmzlərimizin mənasını izah etməli, onlarda Vətənə sevgi və məsuliyyət hissini gücləndirməlidirlər.
Hər bir Azərbaycan vətəndaşı öz bayrağı ilə fəxr etməli, onun şərəfini daim uca tutmalıdır. Çünki bayrağımız bizim milli kimliyimiz, azadlığımız və dövlətimizin varlığının ən böyük rəmzlərindən biridir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 3 dəfə |