Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Ədalətin təntənəsi"

0


  • 2023-cü ilin sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri bizim üçün, Xocalı sakinləri üçün tarixi əhəmiyyət daşıyır. Uzun illərdir işğal altında qalan torpaqlarımızda yad qüvvələrin qanunsuz hərbi birləşmələrinin mövcudluğu həm təhlükəsizlik, həm də gələcək quruculuq işləri üçün böyük maneə idi.

    Azərbaycan Ordusunun qətiyyətli addımı ilə bir neçə gün ərzində separatçı silahlı dəstələrin zərərsizləşdirilməsi, onların təxribatlarının qarşısının alınması və silah-sursatlarının təhvil verilməsi reallığa çevrildi. Bu əməliyyat nəticəsində Qarabağ ərazisində tam suverenlik təmin olundu.

    Xocalı sakinləri olaraq biz bu hadisələri qürur hissi ilə izlədik. Çünki doğma yurdumuza təhlükəsiz qayıdışımız üçün əsas maneələrdən biri aradan qaldırıldı. Bu gün biz yalnız Xocalının azad edilməsini deyil, həm də orada həyatın yenidən canlanacağına ümidimizi bölüşürük.

    Antiterror tədbirləri bir daha göstərdi ki, dövlətimizin gücü, ordumuzun peşəkarlığı və xalqımızın iradəsi qarşısında heç bir təxribat dayana bilməz. Bu tarixi hadisə gələcək nəsillərə həm ədalətin bərpası, həm də milli birlik nümunəsi kimi ötürüləcəkdir.

    Xocalı rayon ziyalısı Sevda Bəylərzadə


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib28 dəfə
    "Ədalətin təntənəsi"

    Maraqlı gələ bilər
    293
    91
    28