Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ: siyasi dialoqdan strateji tərəfdaşlığa.

0

  • Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ: siyasi dialoqdan strateji tərəfdaşlığa.



    2026-cı il aprelin 27-də Azərbaycan Respublikasında baş tutan yüksək səviyyəli görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, tərəflər arasında formalaşmış siyasi dialoq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir.



    Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu görüş ilk olmasına baxmayaraq, olduqca məhsuldar keçmişdir. Bu fakt onu göstərir ki, tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq üçün güclü siyasi iradə mövcuddur. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, eləcə də ikitərəfli münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.



    Azərbaycan və Çexiya arasında siyasi münasibətlərin fəallaşması Avropa ilə əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlər yalnız diplomatik çərçivədə deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik sahələrində dərinləşməkdədir. Siyasi dialoqun intensivləşməsi gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır.



    Eyni zamanda, bu səfər qarşılıqlı etimadın göstəricisi kimi də qiymətləndirilə bilər. Prezident İlham Əliyevin Çexiyanın Baş nazirini rəsmi səfərə dəvət etməsi və bu dəvətin qəbul olunması ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndiyini təsdiq edir.



    Görüş çərçivəsində əldə olunan razılaşmalar və müzakirə edilən məsələlər göstərir ki, Azərbaycan–Çexiya əlaqələri gələcəkdə daha da genişlənəcək və yeni əməkdaşlıq istiqamətləri yaranacaq. Bu isə hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və inkişafın möhkəmlənməsinə də töhfə verəcəkdir.



    Xocalı rayon gənci Bəxtiyar Allahverdiyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib21 dəfə
    Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ: siyasi dialoqdan strateji tərəfdaşlığa.
    Maraqlı gələ bilər
    160
    127