0
Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində ictimai məlumatlılığın artırılması, şəffaflığın təşviqi və vətəndaş iştirakçılığının genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir.
Belə ki, rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında “Korrupsiyaya qarşı mübarizə” adlı xüsusi bölmə yaradılmış, bu sahədə qəbul olunmuş normativ hüquqi aktlar, tövsiyələr və maarifləndirici materiallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.
Bununla yanaşı, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə onlayn formatda videokonfranslar təşkil edilmişdir. Keçirilən videokonfranslarda korrupsiyanın qarşısının alınması yolları, etik davranış qaydaları və dövlət qulluqçularının məsuliyyəti ilə bağlı ətraflı müzakirələr aparılmışdır.
Eyni zamanda, geniş ictimaiyyətin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda videoçarxlar hazırlanaraq sosial şəbəkələr vasitəsilə yayımlanmış, maarifləndirici bukletlər çap edilərək əhali arasında paylanmışdır.
Rayonun ümumtəhsil müəssisələrində və digər təşkilatlarda təşkil olunmuş görüşlərdə gənclərə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti izah edilmiş, bu sahədə fəal vətəndaş mövqeyinin vacibliyi vurğulanmışdır.
Görülmüş tədbirlər nəticəsində Xocalı rayonunda korrupsiyaya qarşı mübarizə sahəsində ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması və vətəndaşların bu proseslərdə aktiv iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 23 saat öncə |
| İzlənib | 2 dəfə |