Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli Qurtuluş Günü – Dövlətçiliyimizin Qurtuluş Anı

0


  • Hər xalqın tarixində elə məqamlar olur ki, həmin anlar millətin gələcəyini müəyyən edir. Azərbaycanın müstəqillik tarixində 15 İyun 1993-cü il belə dönüş nöqtələrindən biridir. Bu gün ölkəmizin müstəqil dövlət olaraq varlığının qorunub saxlanmasında həlledici rol oynamış, siyasi və sosial sabitliyin təməli məhz həmin tarixdə qoyulmuşdur. Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi düşən bu gün hər bir vətəndaş üçün yalnız təqvimdə qeyd olunan bayram yox, həm də qürur və milli həmrəyliyin simvoludur.

    Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə yenidən müstəqillik qazanan Azərbaycan çox çətin və ağrılı bir dövrə qədəm qoydu. Siyasi böhran, iqtisadi iflic, sosial gərginlik, Qarabağ müharibəsinin ağır nəticələri və hakimiyyət uğrunda mübarizə ölkəni xaosa sürükləmişdi. 1993-cü ilin yaz və yay aylarında vəziyyət daha da gərginləşdi. Gəncədə başlayan üsyan artıq Bakıya doğru irəliləyir, vətəndaş müharibəsi təhlükəsi real görünürdü.

    Belə bir anda xalqın böyük əksəriyyəti çıxış yolunu təcrübəli və güclü liderin hakimiyyətə qayıtmasında görürdü. Bu lider Heydər Əliyev idi – siyasi iradəsi, zəngin idarəetmə təcrübəsi və dərin dövlətçilik düşüncəsi ilə tanınan bir şəxsiyyət.

    Xalqın tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarixdən başlayaraq ölkədə sabitlik bərpa olunmağa başladı. Dövlət institutları bərpa edildi, iqtisadi islahatlara start verildi, beynəlxalq əlaqələr genişləndi və müstəqil Azərbaycanın təməlləri möhkəmləndirildi. Qısa müddətdə ölkədə daxili sabitlik yaradıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı.

    Milli Qurtuluş Günü təkcə bir siyasi qayıdışın tarixi deyil. Bu gün Azərbaycan dövlətinin parçalanmaqdan, siyasi böhrandan və vətəndaş müharibəsindən qurtulduğu gündür. Həmin tarixdən sonra Azərbaycan öz müstəqilliyini qorumaqla yanaşı, dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər qura bilən güclü və sabit ölkəyə çevrilməyə başladı.

    1997-ci ildən etibarən 15 İyun – Milli Qurtuluş Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu gün tariximizə düşən ən önəmli mərhələlərdən birini əks etdirir və gələcək nəsillərə dövlətçilik dərsi verir.

    Bu gün Azərbaycan dünya birliyində öz mövqeyini möhkəmləndirən, siyasi, iqtisadi və hərbi gücünü artıran bir ölkə kimi tanınırsa, bunun təməlində məhz 15 iyun 1993-cü il dayanır.

    Xocalı rayon ziyalısı Vüsal Mustafayev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib12 dəfə
    Milli Qurtuluş Günü Dövlətçiliyimizin Qurtuluş Anı

    Maraqlı gələ bilər
    112
    77