Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa Zəfəri birlik və həmrəyliyimizin əbədi rəmzidir

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  •  



    2020-ci ildə qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyinin, gücünün və Vətən sevgisinin ən parlaq nümunəsidir. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi xalqımızın uzun illər ürəyində yaşatdığı arzunu gerçəkləşdirdi.



    Vətən müharibəsi günlərində xalqımızın necə həmrəy olduğunu hər birimiz yaxşı xatırlayırıq. Hər kəsin bir amalı var idi: torpaqlarımız azad olunsun, bayrağımız doğma yurdlarımızda dalğalansın. Ordumuzun hər qələbə xəbəri bizə yeni güc və ümid verirdi.



    Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ordumuzun nümayiş etdirdiyi birlik tarixi qələbənin əldə olunmasında mühüm rol oynadı. Şuşanın azad edilməsi isə bu mübarizənin ən şərəfli səhifələrindən birinə çevrildi.



    Bu gün 8 Noyabr həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu tarix bizə Vətən uğrunda göstərilən fədakarlığı, şəhidlərimizin qəhrəmanlığını və milli birliyimizin gücünü xatırladır.



    Bizim borcumuz bu tarixi unutmamaq, gənc nəslə Vətən sevgisini aşılamaq və qazanılmış qələbənin dəyərini qorumaqdır. Şuşa bizimdir, Qarabağ bizimdir və bu torpaqlar əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsidir.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 saat öncə
    İzlənib2 dəfə
    Şuşa Zəfəri birlik və həmrəyliyimizin əbədi rəmzidir
    Maraqlı gələ bilər
    162
    45
    242
    157
    364
    0