Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İşğal illəri və yurd həsrəti.

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • İşğal illəri və yurd həsrəti.



    Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarını tərk etməyə məcbur olub, yaşayış məntəqələri və təsərrüfat infrastrukturu ciddi dağıntılara məruz qalıb.



    Təqdim edilən statistik məlumatlara əsasən, Qubadlı rayonundan 29 997 nəfər məcburi köçkün düşüb. Rayonun 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti və 7 məscidi dağıdılıb və ya yararsız vəziyyətə salınıb. Körpülər, avtomobil yolları, su və elektrik təchizatı sistemləri, kənd təsərrüfatı obyektləri də böyük zərər görüb.



    İşğal Qubadlı sakinlərinin həyatında ağır izlər buraxıb. İnsanlar illərlə öz evlərindən, bağlarından, doğma kəndlərindən, ata-baba ocaqlarından uzaqda yaşamaq məcburiyyətində qalıblar. Buna baxmayaraq, onlar doğma yurda qayıtmaq ümidini qoruyub saxlayıblar.



    Qubadlılı ailələr öz yurdlarının adını, tarixi və adət-ənənələrini gələcək nəsillərə ötürərək milli yaddaşın yaşamasına töhfə veriblər. Doğma torpaqlara bağlılıq, yurd həsrəti və qayıdış arzusu illər ərzində bu insanların mənəvi güc mənbəyinə çevrilib.



    Xocalı rayon Gənci Ziya Əliyev.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib23 dəfə
    İşğal illəri və yurd həsrəti.
    Maraqlı gələ bilər
    196