Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları

0

  • Xocalı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və digər aidiyyəti qurumların iştirakı ilə Tədbirlər Planına uyğun olaraq rayon məktəblilərinin iştirakı ilə “Erkən nikah və onun fəsadları”, “Qohumlararası nikahın mənfi nəticələri”, “Məişət zorakılığına qarşı mübarizə” mövzularında silsilə maarifləndirici tədbirlər həyata keçirilmişdir.

    Növbəti maarifləndirici görüş 14 may 2025-ci il tarixində Xocalı şəhər 4 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə keçirilmişdir. Tədbirdə RİH başçısı aparatının məsul əməkdaşları, komissiya üzvləri, səhiyyə, mədəniyyət, polis orqanlarının nümayəndələri, məktəbin psixoloqu və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

    Tədbirdə Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva çıxış edərək erkən nikahın yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, ailə münasibətlərinin dayanıqsız olmasına, sosial problemlərin artmasına və gələcək nəsillərin sağlamlığına mənfi təsir göstərdiyini diqqətə çatdırmışdır. Çıxışlarda həmçinin qohumlararası nikahın tibbi-genetik risklər yaratdığı, anadangəlmə xəstəliklərin artmasına səbəb olduğu xüsusi vurğulanmışdır.

    Tədbir zamanı məişət zorakılığı, erkən nikahların fəsadları və ailədaxili münasibətlərdə sağlam psixoloji mühitin əhəmiyyəti haqqında da şagirdlərə geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və geniş fikir mübadiləsi aparılmışdır.

    Qeyd edilmişdir ki, bu istiqamətdə görülən maarifləndirmə tədbirləri il ərzində mütəmadi və sistemli şəkildə davam etdirilərək gənclərin və valideynlərin erkən və qohumlararası nikahın mənfi nəticələri barədə məlumatlılığının artırılmasına xidmət edir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 gün öncə
    İzlənib7 dəfə
    Erkən nikahın qohumlar arasında nikahın mənfi fəsadları

    Maraqlı gələ bilər
    108
    108