Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Korporativ Sosial Məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib

0

  • 08.12.2022-ci il tarixində Xocalı Rayon İcra Hakimiyyətində “Korporativ Sosial Məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin numayəndələri iştirak etmişdir. Dəyirmi masada çıxış edən başçının müavini Lamiyə Qarayeva bildirmişdir ki, korporativ sosial məsuliyyət şirkət və quruluşların cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmüəsidir. Korporativ sosial məsuliyyət ilk olaraq şirkət və ya qurumun yaşadığı cəmiyyətdə vergilərin ödəməsi, ətraf mühitə hörmətlə yanaşması və öz işçilərinin iş şəraitinin düzgün qurmasından başlayır. Daha sonra bu fəaliyyət cəmiyyətin yararına olan һәr hansı bir problem və ya paradiqmanı inkışaf etdirmək və ona dəstək, olmaqla davam edir. Korporativ sosial məsuliyyət ictimaiyyətlə əlaqədar aktdır. Bunun digər marketinq fəaliyyətlərindən fərqi yə bənzər tərəfləri var. Fərqli tərəfləri ondan ibarətdir ki, şirkət və ya qurum korporativ sosial məsuliyyətə fəaliyyəti zamanı cəmiyyətin hər hansisa bir problemli bir sahəsinə kömək göstərir və bu köməklik qalıcı olur. Digər marketinq aktlarından fərqli olaraq Korporativ sosial məsuliyyət zamanı media da öz öhdəliyini yerinə yetirərək bu fəaliyyətləri işıqlandırır. Və beləliklə, şirkətlər də korporativ sosial məsuliyyəti yerinə yetirməyə maraqlı olur. Tədbirdə Xocalı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin bu sahədə gördükləri işlərdən danışılıb. Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən danışıb və maraqlı təkliflər səsləndiriblər. Rayon İcra Hakimiyyəti ilə biznes strukturları arasındakı münasibətlərdən şəffaf, qarşılqlı, faydalı əməkdaşlıq çərçivəsində qurulması uçün müxtəlif addımların atılmasının vacibliyi qeyd edilib.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib114 dəfə
    “korporativ sosial məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib

    Maraqlı gələ bilər
    39
    0
    31
    53
    24