Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tam Suverenlik – Yeni Dövrün Başlanğıcı

0

  • 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın mübarizə yolunun ən şərəfli məqamını əks etdirir. Bu tarix təsadüfi deyil, əsrlər boyu azadlıq uğrunda can qoyan, dövlətçilik arzusu ilə yaşayan millətimizin iradəsinin təntənəsidir. Hər bir xalq üçün öz torpaqlarında müstəqil, güclü dövlət qurmaq ən böyük nailiyyətdir. Azərbaycan xalqı da bütün çətinliklərə, işğal və məhrumiyyətlərə baxmayaraq, öz dövlətini qurdu, qorudu və bu gün onu tam suveren bir ölkə kimi gələcəyə daşıyır.

    30 ildən çox davam edən işğal, xalqımızın çəkdiyi iztirablar, dağıdılmış şəhər və kəndlər, viran qoyulmuş yurd yerləri bizə çox böyük ağrılar yaşatdı. Amma bu ədalətsiz vəziyyətin əbədi ola bilməyəcəyini bilirdik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğalın böyük hissəsinə son qoyuldu, Azərbaycan BMT qətnamələrini özü icra etdi. Ardınca atılan qətiyyətli addımlar – Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması, 2023-cü ilin sentyabrında uğurla başa çatan antiterror əməliyyatı nəticəsində dövlətimizin suverenliyi tam şəkildə təmin olundu.

    Bu gün Azərbaycan xalqı qürurla deyə bilər ki, artıq sərhədlərimiz toxunulmazdır, torpaqlarımız bütövdür, dövlətimiz isə möhkəm təməllər üzərində dayanır. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis olunması və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə imzaladığı sərəncamlar bu tarixi nailiyyətlərin hüquqi-siyasi baxımdan da möhkəmlənməsini təmin etdi. Bu, həm də gələcək nəsillərə verilən mesajdır: Azərbaycanı qorumaq, suverenliyimizi daim uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir.

    Mən bir vətəndaş olaraq qürur duyuram ki, bu gün tam suveren bir dövlətin övladıyam. İndi bizim borcumuz bu qələbəni, bu nailiyyətləri daha da möhkəmləndirmək, sabitlik və inkişafı qoruyub saxlamaqdır. Dövlət suverenliyi xalqımızın milli sərvətidir və onu yaşatmaq hər kəsin vətəndaşlıq borcudur.

    Azərbaycanın tam suverenliyi yalnız keçmiş mübarizələrin bəhrəsi deyil, həm də gələcəyimizin təminatıdır. Bu gün başladığımız yeni dövr ölkəmizin daha da qüdrətli, daha da güclü olacağına əminlik yaradır
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib30 dəfə
    Tam Suverenlik Yeni Dövrün Başlanğıcı

    Maraqlı gələ bilər
    10
    125