Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qaz limitinin ləğvi ilə bağlı mühüm xəbər - VİDEO

0

  • Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir.
    Bəs mövcud limit ləğv edilə və ya qiymətlər enə bilərmi?
    xocalininsesi.az Xəzər TV-yə istinadən bildirir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirib ki, limitin qiymətinin dəyişdirilməsi və ləğv olunması təmsil olunduğu qurumun səlahiyyətində olan məsələ deyil.
    Milli Məclisin deputatı Fazil Mustafa da qaz limitinin ləğv olunmasını gündəmə gətirib. O hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.
    Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.
    O hesab edir ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1162501.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi5 ay öncə
    İzlənib116 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    37
    29
    124