0
Qazaxıstanın Xəzərsahili Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb.
Bu barədə Manqistau vilayəti akimatının (administrasiyasının) yaydığı məlumatda bildirilib.
“Dəqiqləşdirilmiş məlumata görə, təlim döyüş tapşırığının icrası zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 nəfər dənizə sürüklənib. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas edilib. Daha 2 hərbçinin axtarışları davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi ölkə Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə sürükləndiyini, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak olduğunu bildirmişdi.
Qazaxıstanın Xəzər dənizində hərbi təlimləri zamanı 9 hərbçi həlak olub.
Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.
Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb. Onlardan 9-nun həlak olduğu təsdiqlənib, 3 hərbçi xilas edilib. Xilas edilən hərbçilərdən biri xəstəxanaya yerləşdirilib.
Digər hərbçilərin axtarışları davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına Hərbi-Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər xidmətlər cəlb olunub.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.
Qeyd edək ki, Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Xazar Qorğanı – 2026” təlimləri keçirilib. Təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və katerləri, hidroqrafik gəmilər, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Manqistau vilayəti üzrə departamentinin gəmiləri və Hava Hücumundan Müdafiə Qüvvələrinin aviasiyası iştirak edib.
Təlimlər zamanı hərbçilər birgə manevrlərin həyata keçirilməsi, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin müxtəlif təhlükələrə qarşı fəaliyyətlərin həyata keçirilməsini məşq ediblər.
© 2026 Trend informasiya agentliyi. Bütün hüquqlar qorunur.
1995-ci ildən Bakıda fəaliyyət göstərən, Cənubi Qafqaz, Xəzər regionu və Mərkəzi Asiya üzrə xəbərlər və analitik materiallar təqdim edən beynəlxalq informasiya agentliyi.
Ən yaxşı jurnalistlərimizin ətraflı reportajları ilə tam mənzərəni əldə edin. 3 premium məqalə bizdən sizə hədiyyə.
İlk ay üçün cəmi $1-a tam giriş əldə edin. Sonra $10/ay.
Mənbə: https://az.trend.az/other/world/4227435.html
| Bölmə | Rusiya |
| Kateqoriya | Rusiya |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 3 saat öncə |
| İzlənib | 2 dəfə |