Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunda qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın müvafiq müddəalarının icrası istiqamətində qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə işlərinin təşkili nəzərdə tutulur.



    Maarifləndirmə işlərinin əsas məqsədi əhalinin qida təhlükəsizliyi sahəsində məlumatlılığının artırılması, qida məhsullarının düzgün hazırlanması, saxlanılması və istehlakı zamanı gigiyena qaydalarına əməl edilməsinin əhəmiyyətinin izah olunmasıdır.



    Tədbir çərçivəsində qida məhsullarının ev şəraitində konservləşdirilməsi zamanı sanitar-gigiyenik tələblərə riayət olunması, meyvə və tərəvəzlərin düzgün hazırlanması, konservləşdirilmiş məhsulların hermetik qablaşdırılması, saxlanma müddəti və temperatur rejiminə diqqət yetirilməsi məsələlərinə xüsusi önəm verilməsi vurğulanır. Eyni zamanda, qablaşdırması zədələnmiş, istifadə müddəti bitmiş, görünüşündə və qoxusunda dəyişiklik müşahidə olunan qida məhsullarından istifadənin sağlamlıq üçün yarada biləcəyi risklər barədə əhalinin məlumatlandırılması vacib hesab olunur.



    Bununla yanaşı, qida məhsullarının hazırlanması zamanı təmiz su və təmiz avadanlıqlardan istifadə edilməsi, əllərin yuyulması, çiy və bişmiş məhsulların ayrı saxlanılması, tez xarab olan ərzaqların uyğun temperatur şəraitində qorunması kimi gündəlik gigiyena qaydalarının əhəmiyyəti diqqətə çatdırılır.



    Qida təhlükəsizliyinin təmin edilməsi yalnız aidiyyəti dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışından da asılıdır. Bu baxımdan əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, sağlam qidalanma vərdişlərinin təşviqi və qida məhsullarından təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.



    Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən qida təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması, sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasının təşviqi, eləcə də aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi nəzərdə tutulur.



    Qeyd edək ki, bu istiqamətdə maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq müddəalarının həyata keçirilməsinə xidmət edir


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi9 saat öncə
    İzlənib4 dəfə
    Xocalı rayonunda qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri
    Maraqlı gələ bilər
    191